"Mançester Yunayted"dən 85 milyon avroluq transfer

Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sanço karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin saytı məlumat yayıb. Klubların bu transfer üçün razılığa gəldiyi bildirilib. Müqaviləyə əsasən, "Mançester Yunayted" 21 yaşlı yarımmüdafiəçi üçün 85 milyon avro təzminat ödəyəcək. Beləliklə, o, Pol Poqba (105 milyon avro) və Harri Maquayrdan (87 milyon avro) sonra klub tarixinin ən bahalı 3-cü futbolçusu olacaq.

Sanço tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atacaq.

Britaniya mətbuatı onun Mançester təmsilçisində həftəsinə 250 min funt sterlinq qazanacağını yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right