"Tezliklə sahildə görüşərik"

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Fransa, Almaniya və Portuqaliya yığmalarının Avro-2020-nin 1/8 finaında mübarizəni dayandırmasına münasibət bildirib.

Newsport.az xəbər verir ki, Macarıstan bu komandaların yer aldığı  "ölüm qrupu" adlanan F qrupunu sonuncu pillədə tamamlayıb, Portuqaliyaya uduzub (0:3), Fransa (1:1) və Almaniya (2:2) ilə heç-heçə edib.

Keçmiş rəqiblər turnirlə vidalaşdıqdan sonra Rossi "İnstaqram" səhifəsində palma ağacları olan bir çimərlikdə sözügedən yığmaların ulduz oyunçuları - Kriştiano Ronaldo, Kilian Mbappe və Manuel Noyerin və özünün olduğu fotoşopla hazırlanmış şəkli yerləşdirib və bu sözləri yazıb: "Tezliklə sahildə görüşərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right