Henderson Kloppun “Whats app” mesajını açıqladı

İngiltərə millisinin futbolçusu Cordan Henderson “Liverpul”da baş məşqçisi olan Yurgen Kloppla aralarındakı son mesajlaşma haqda danışıb.

Newsport.az xəbər verir ki, hadisə “Avro-2020”nin Almaniya – Macarıstan oyunundan (2:2) sonra baş verib. Yekun qrup nəticəsinə görə, Almaniya 1/8 finalda Hendersonun komandası İngiltərəyə rəqib olub.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, bu fakt bilinəndən sonra almaniyalı Klopp onun “Whats app” nömrəsinə gülüş emojisi göndərib:

“Almaniya – Macarıstan oyunu bitəndə Klopp mənə gülən sima emojisi atdı. Onun möhtəşəm xarizması var. Bitərəf insanlar belə Kloppa heyrandır. Premyer Liqada ingilis futbolu üçün önəmli rol oynayıb”.

Henderson bildirib ki, Almaniya ilə matçda qorxmadan oynayacaqlar: “Gənc komandayıq. Bu, bizim işimizə yaraya bilər. Çıxıb oyunun kefini yaşayacağıq. Almaniyaya hörmət edirik. Hələ də yaxşı futbolçuları var. Bizim üçün çətin görüş olacaq. Rəqib komandada Toni Kroos kimi zaman və zona yaratsanız, sizə problem yaradacaq oyunçu var”.

Qeyd edək ki, 1/8 finalın İngiltərə – Almaniya oyunu iyunun 29-u, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right