Mahir Emreli yenə qol vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni transfer olunduğu "Legiya"nın heyətində növbəti qolunu vurub.

Newsport.az xəbər verir ki, 24 yaşlı hücumçu "Krasnodar" ilə yoldaşlıq matçında fərqlənib. Əsas heyətdə meydana çıxan Emreli 39-cu dəqiqədə hesabı açıb. O, 70-ci dəqiqədə əvəzlənib. Matç isə 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right