“Qalatasaray”ın hücumçusu əməliyyat olundu

Türkiyənin “Qalatasaray” klubu kolumbiyalı hücumçusu Radamel Falkaonun xidmətindən məhrum olub.
 
Newsport.az xəbər verir ki, 35 yaşlı hücumçu komandasının məşqi zamanı zədə alıb.
 
Belə ki, o, son məşqlərin birində komanda yoldaşı Kerem Aktürkoğlu ile baş-başa toqquşub. Bu üzdən də təcrübəli futbolçunun üz sümükləri qırılıb. Bu gün o, əməliyyat olunub. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq Falkaonun azı 2-3 həftə komandasına kömək edə bilməyəcəyi diqqətə çatdırılıb. Onun bir müddət maska ilə oynaması da ehtimal olunur.
 
Falkao bu mövsüm Super Liqada meydana çıxdığı 14 oyunda 8 qola imza atıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right