“PSJ-yə yatmaq üçün gəlməmişəm"

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4finalında “Bavariya”ya qalib gəldikləri matç (3:2) haqqında fikirlərini bölüşüb.

Newsprot.az xəbər verir ki, 22 yaşlı hücumçu Münhen təmsilçisini qitənin ən yaxşısı adlandırıb:

“PSJ-yə yatmaq üçün gəlməmişəm. Mən dünyanın ən yaxşı oyunçularına qarşı meydana çıxmağı sevirəm. Noyer tarixin ən yaxşı qapıçılarından biridir. Oyunda təzyiq hiss etmədim. Çempionlar Liqasının finalında ona qol vura bilməmişdim. Amma bu dəfə 2 qol vurdum. Ümid edirəm ki, cavab görüşündə də Noyerin qapısına qol vuracağam. Biz hazırkı vaxt üçün Avropanın ən yaxşı komandası ilə oynadıq. Çətin matç oldu. Komanda olaraq yaxşı oyun nümayiş etdirdik. Ağıllı davrandıq və çətinliklərlə birlikdə mübarizə apardıq. Ancaq bu, böyük bir qarşıdurmanın yalnız ilk hissəsidir. Növbəti matçda da özünə inamla oynamaq və komanda futbolu göstərmək lazım olacaq. Sakitliyimizi qorumalıyıq”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 14-də oynanılacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah