"Bavariya"dan ayrılmaq mənim üçün problem deyil"

"Bavariya"nın futbolçusu Tomas Müller Münhen təmsilçisindən ayrılıb-ayrılmayacağı haqda verilən sualları cavablandırıb.

Newsport.az "The Times"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu klubunu dəyişməsini istisna etməyib:

"Bu kluba bağlı deyiləm. "Bavariya" ilə xüsusi münasibətim var. Bu komandada oynamazdan əvvəl də "Bavariya"nı sevirdim. Amma getmək lazım olanda ayrılmaq ayıb və ya problem deyil".

Qeyd edək ki, Müller 2007-ci ildən "Bavariya"da oynayır. O, bu müddət ərzində 23 kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right