Alabadan “Real” açıqlaması

“Bavariya”dan ayrılacağını açıqlayan David Alaba yayda “Real”a keçəcəyi iddialarına münasibət bildirib.
 
Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi bunları deyib:
 
“Real”a keçəcəm? Əlbəttə, mən də bəzi şeylər eşidirəm. Ancaq səhərlər durub qəzet oxuyan deyiləm. Gələcəkdə nə olacağını görəcəyik”.
 
Alaba 2010-cu ildən “Bavariya”nın şərəfini qoruyur. Mövsümün sonunda Münhen klubundan ayrılacağını açıqlayan futbolçunun ya “Real”, ya da “Barselona”ya keçəcəyi iddia olunur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right