Boş istefaya göndərildi

"Bayer" baş məşqçisi Peter Boşu istefaya göndərib.

Newsport.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin saytı məlumat yayıb. Niderlandlı  mütəxəssisin istefasına səbəb komandanın son matçlardakı uğursuz nəticələri olub. Almaniyanın U-18 millisinin məşqçisi Hannes Volf klubun müvəqqəti baş məşqçisi təyin olunub. O, bu mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Boş 2018-ci ildən Bundesliqa klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda ölkə çempionatın son 14 oyununda cəmi 3 qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right