Levandovski İngiltərə ilə matçı buraxacaq

"Bavariya"nın və Polşa millisinin oyunçusu Robert Levandovski yığmanın İngiltərə ilə matçında iştirak edə bilməyəcək.

Newsport.az-ın xəbərinə görə, bu barədə Münhen klubunun idman direktoru Hasan Salihamidziç danışıb. O, koronavirusa görə İngiltərədən qayıdan şəxslərə qoyulan məhdudiyyətlər səbəbindən Bundesliqa təmsilçisinin 32 yaşlı hücumçunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İngiltərə - Polşa görüşü üçün buraxa bilməyəcəyini deyib.

Qeyd edək ki, İngiltərə - Polşa  matçı martın 31-i Londonda oynanılacaq. Levandovski martın 25-də Macarıstan, 27-də isə Andorra ilə görüşlərdə iştirak edə biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right