Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 cavab matçının ardından həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, UEFA ənənəsinə sadiq qalaraq yenə dörd namizəd açıqlayıb.
 
Bunlar Kevin De Breyne (Mançester Siti), Luka Modriç (Real), Yozua Kimmix (Bavariya) və Nqolo Kantedir (Çelsi).
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right