Məşqə "Mercedes"lə getdi, cərimələndi

"Bavariya"nın futbolçusu Kinqsli Kuman cərimələnib.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı hücumçunun klubun məşqinə "Mercedes - G class" markalı avtomobili ilə getməsidir.

Qaydalara görə, Münhen təmsilçisinin əməkdaşlıq etdiyi şirkətlər arasında "Audi" avtomobil markası olduğu üçün futbolçuların və ya klub üzvlərinin digər markalı avtomobillərlə istisna hallar nəzərə alınması şərti ilə bazaya yaxınlaşması qadağandır. Oyunçular bu səbəbdən başqa markalı avtomobilləri klubun bazasından bir qədər kənarda saxlamalıdırlar. Kuman isə bazaya "Mercedes - G class"la gəldiyi üçün məşqə buraxılmayıb.

Xəbərdə bildirilir ki, belə qayda pozuntusuna görə fransalı oyunçu 50 min avro məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, Kuman bu mövsüm 28 matçda 6 qol vurub və 13 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right