Flikdən milli xəbərlərinə münasibət

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Almaniya millisini çalışdıracağı ilə bağlı yayılan xəbərləri şərh edib.

Newsport.az-ın məlumatına görə, o, bununla bağlı deyib: "Bu, çox vacib bir mövzudur. Xüsusilə, Lövün köməkçisi olaraq millidə uzun və müvəffəqiyyətli bir vaxt keçirdim. O, çox gözəl insandır. Tamamilə etibarlı iş görür.

"Bavariya" ilə 2023-cü ilin yayına qədər müqaviləm var. Burada uğurlu olmaq və titul qazanmaq istəyirəm. Gələcəyim barədə düşünməyə vaxt yoxdur".

Qeyd edək ki, Flik 2006-2014-cü illərdə Almaniya millisinin məşqçilər heyətində yer alıb. O, 2019-cu ilin noyabrından Münhen təmsilçisini çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right