“Yuventus” Ronaldoya görə böyümür”

“İnter” və “Atalanta”nın sabiq hücumçusu Nikola Ventola hesab edir edir ki, “Yuventus” Kriştiano Ronaldodan çox asılıdır.
 
Newsport.az calciomercato.com saytına istinadən xəbər verir ki, 42 yaşlı veteran futbolçu Turin klubunun A seriyasındakı çıxışlarını şərh edərkən deyib:
 
“Əgər “Yuventus” oyuna Ronaldosuz başlasa, yenə qalib gələcək. Onlar səviyyəli mərkəz müdafiəçisi almalıdırlar. Komanda indi Ronaldoya çox bağlanıb. Ona görə də “Yuventus” komanda kimi böyümür”.
 
Xatırladaq ki, Andrea Pirlonun komandası hazırda A seriyasında 23 oyundan 46 xalla 3-cü yeri tutur. Lider “İnter”in 24 oyundan 56 xalı var.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right