Neymar PSJ-yə sevgisini belə etiraf etdi

PSJ-nin futbolçusu Neymar Paris klubuna olan sevgisini sosial şəbəkədə etiraf edib.

Newsport.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Tvitter" hesabında paylaşım edib.

O yazıb: "Mən səni sevirəm, PSJ!"

Daha əvvəl braziliyalı oyunçunun paytaxt təmsilçisi ilə müqaviləsini uzatmağa razı olduğu haqda xəbərlər yayılıb.
 
Onun hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Neymar bu mövsüm PSJ ilə 9 matça çıxaraq, 5 qol vurub və 3 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right