"Ronadonun tibbi protokola əməl etmədiyini istintaq sübut edir" Nazir

İtaliya idman naziri Vinçentso Spadafora Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun karantin qaydalarını pozduğunu növbəti dəfə açıqlayıb.

Newsport.az-ın məlumatına görə, o, istintaqın artıq bunu sübut etdiyini bildirib: "Ronaldo tibbi protokola əməl etməyib. İstintaq bunu sübut edir".

Nazir deyib ki, Ronaldo oktyabrın əvvəlində "Yuventus"da koronavirus aşkarlanan zaman o da oteldə karantində qalmalı idi. Ancaq futbolçu həmin vaxt Portuqaliya millisinin düşərgəsinə gedib.

Qeyd edək ki, oktyabrın 13-də Ronaldo da koronavirus aşkarlanıb. Ertəsi gün 35 yaşlı oyunçu Turinə qayıtmaq və karantini orada keçirmək qərarına gəlib. Buna səbəb Portuqaliyadan fərqli olaraq, İtaliyada təcrid olunma 14 gün deyil, 10 gün olmasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right