"Boka Xuniors "Barselona"nı məhkəməyə verdi

"Boka Xuniors" Santyaqo Ramos Minqonun transferi ilə əlaqədar "Barselona"nı məhkəməyə verib.

Newsport.az-ın məlumatına görə, bu barədə Argentina klubunun prezidenti Xorxe AMor Ameal məlumat verib. O, 18 yaşlı oyunçunun "Boka Xuniors" rezerv komandasından "Barselona"ya azad agent kimi keçməsinnə qayda pozuntularının olduğunu söyləyib və bunu barbnarlıq adlandırıb:

"Müqavilə imzalanarkən Minqonun menecerinin olub-olmadığını bilmirik, amma "Barselona"nı məhkəməyə vermişik. Haqlarımızın olduğunu düşünürük. Heç kimin qanunsuz bir şey etməsini istəmirik. Bu, barbarlıqdı".

Minqo fevralda Kataloniya klubu ilə 2022-ci ilə qədər müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right