"Ronaldonu necə dayandıracağımızı bilmirəm"

İsveç millisinin futbolçusu Deyan Kulusevski Millətlər Liqasında Portuqaliyaya qarşı keçirəcəkləri matçdan öncə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı oyunçu, rəqib komandanın lideri, "Yuventus"da birgə çıxış etdiyi Kriştiano Ronaldonu necə dayandıracaqlarını bilmədiyini söyləyib:

"Onu dayandıra biləcək kimsə yoxdu. Əgər yaxşı günündədisə, matçda hər şeyi özü müəyyənləşdirir. Son oyunda onu dayandıra bilməmişdik. Ronaldonu necə dayandıracağımızı bilmirəm. Onu əsəbləşdirmək üçün aqressiv oynamaq bir seçim ola bilər. Aqressiv müdafiəyə qarşı oynamağın nə olduğunu bilirəm, adam istər-istəməz əsəbiləşir".

A Liqasının III qrupunda IV turda keçiriləcək Portuqaliya - İsveçrə matçı sabah təşkil olunacaq. Komandalar arasında ilk matçda pireneylilər Kriştiano Ronaldonun dublu ilə 2:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right