Kiprin hücumçusu: "Azərbaycanla matç hər mənada çətin olacaq"

Kipr yığmasının futbolçusu Pieros Sotiryu UEFA Millətlər Liqasının 4-cü turunda millimizlə oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

 

Newsport.az-ın məlumatına görə, 27 yaşlı hücumçu görüşün çətin keçəcəyini deyib:

 

"Məyus olmaq üçün vaxt yoxdur. Sabahkı matç hər mənada çətin olacaq. Komanda olaraq daha çalışmalıyıq.Başımızı qaldırmalı və sabahkı görüşdə əlimizdən gələni etməliyik".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right