Levandovski 5 il sonra ilk dəfə millidə əvəzləndi

Polşa millisinin və “Bavariya”nın  futbolçusu Robert Levandovski zədələnib.

Newsport.az-ın məlumatına görə, 32  yaşlı hücumçu ötən gün Millətlər Liqasının 3-cü turunda İtaliya ilə matçın (0:0) 83-cü dəqiqəsində zədələ alıb Futbolçu qarşılaşmaya davam edə bilməyib və əvəzlənib.

Levandovski  5 il sonra ilk dəfə Polşa millisinin rəsmi oyunlarında  matçın sonunadək meydanda olmayıb. O, 2015-ci ildə Cəbəllütariqlə qarşılaşmanın (6:0) 66-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 3 turdan sonra Polşa A liqasının 1-ci qrupunda 4 xalla 3-cü yerdədir. Cədvələ 5 xalla İtaliya başçılıq edir. Aktivində 4 xalı olan Niderland 2-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right