Bu gün UEFA Millətlər Liqasının 3-cü turuna start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə A, C və D Liqalarında 7 qarşılaşma oynanılıb.
C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması Monteneqronun qonağı olub və 0:2 hesabı ilə uduzub.
Qrupun digər matçında Lüksemburq evdə Kipri 2:0 hesabı ilə məğlub edib.
A Liqasının 4-cü qrupunda Ukrayna Almaniyaya 1:2 hesabı ilə uduzub. İspaniya isə İsveçrəyə minimal hesabla qalib gəlib- 1:0.
D Liqasının 1-ci qrupunda Farer adaları Latviya ilə, Andorra isə Malta ilə heç-heçə edib- 1:1, 0:0.
Eyni Liqanın 2-ci qrupunda isə Lixtenşteyn Cəbəllütariqə 0:1 hesabı ilə uduzub.
10 oktyabr
UEFA Millətlər Liqası
3-cü tur
A Liqası
4-cü qrup
22:45. Ukrayna – Almaniya 1:2
Qollar: Qinter, 20 (0:1), Leon Qoretzka, 49 (0:2), Ruslan Molinovsky, 77 (1:2)
22:45. İspaniya - İsveçrə 1:0
Qol: Mikel Oyarzabal, 14
C Liqası
1-ci qrup
17:00. Monteneqro - Azərbaycan 2:0
Qollar: Yovetiç, 9 (1:0), İvanoviç, 71
17:00. Lüksemburq – Kipr 2:0
Qollar: Sinani, 12 (1:0), Sinani, 26, (2:0)
D Liqası
1-ci qrup
20:00. Farer adaları - Latviya 1:1
Qollar: İkuanieks, 25 (0:1), Faero, 28 (1:1)
22:45. Andorra - Malta 0:0
2-ci qrup
20:00. Lixtenşteyn - Cəbəllütariq 0:1
Qol: De Barr, 10