"Qarşımızda aqressiv futbol təklif edən komanda var idi" - Faruk Hadcibegiç

“Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlki oyunlarla müqayisədə bu dəfə fərqli oynadıq. Qarşımızda aqressiv futbol təklif edən komanda var idi. Yaxşı oynadığımızı deyə bilmərəm, amma nəticə bizim üçün çox yaxşıdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hadcibegiç Millətlər Liqasının 3-cü turunda yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, meydançanın istənilən səviyyədə olmaması oyunlarına təsir edib: "Qalib gəlmək vacib idi. Sevindirici haldır ki, əvəzetmələrimiz özünü doğrultdu və lazım olan qələbə qazandıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right