İbrahimoviç koronavirusa qalib gəldi

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç koronavirusdan sağalıb.

 

Newsport.az-ın məlumatına görə, bu barədə 39 yaşlı hücumçu özünün "Tvitter" hesabında yazıb:  "Özümü daha yaxşı hiss edirəm. Həkimlər mənə yaxşılaşdığımı və karantinin bitdiyini söylədi. Onlar artıq çölə çıxa biləcəyimi bildirdilər".

 

Klub da isveçli oyunçunun koronavirus testinin ardıcıl iki dəfə mənfi çıxdığını təsdiqləyib.

 

Qeyd edək ki, İbrahimoviç sentyabrın 24-ü koronavirusa yoluxmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right