"Roma"nın futbolçusu "Fənərbaxça"da

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirir.

Newsport.az-ın məlumatına görə, Superliqa təmsilçisi “Roma”nın yarımmüdafiəçisi Dieqo Perottinin transferini tamamlamaq üzrədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu ötən gün İstanbula gəlib. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2016-cı ildən “Roma”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right