"Barselona"lı futbolçu klubla vidalaşdı

"Barcelona"nın müdafiəçisi Nelson Semedo Kataloniya klubu ilə vidalaşdı. Newsport.az xəbər verir ki, portuqaliyalı futbolçunun "Vulverhempton"la 5 illik müqavilə bağlayacağı gözlənilir.

O bildirib ki, “Barselona”da oynamaq onun üçün xəyal idi. Semedo klubda keçirdiyi 3 ildə çox şey öyrəndiyini və bu günləri heç vaxt unutmayacağını vurğulayıb.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi 35,7 milyon avro qarşılığında “Benfika”dan “Barselona”ya keçmişdi.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah