ÇL: III mərhələ start götürür Yenilənir

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Newsport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

İlk görüşdə Kiyev "Dinamo"su öz meydanında “AZ Alkmaar” klubunu qəbul edəcək. PAOK doğma meydanda Portuqaliya təmsilçisi "Benfika" ilə münasibətlərinə aydınlıq gətirəcək. Günün son oyununda isə Belçikanın "Gent" və Avstriyanın "Rapid" (Vyana) klubları üz-üzə gələcəklər.

Çempionlar Liqası
III təsnifat mərhələsi
15 sentyabr

21:00 “Dinamo” (Kiyev, Ukrayna) – “AZ Alkmaar” (Niderland)

22:00 PAOK (Yunanıstan) – “Benfika” (Portuqaliya)

22:30 “Gent” (Belçika) – “Rapid” (Vyana, Avstriya)

Qeyd edək ki, III təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right