Xames Rodriqes "Everton"da

İngiltərənin "Everton" klubu "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesin transferini tamamlayıb.

 

Newsport.az-ın məlumatına görə, kolumbiyalı yarımmüdafiəçi ilə 3 illik razılıq əldə edilib. Onun illik maaşı 4 milyon funt-sterlinq olacaq. Liverpul təmsilçisi 29 yaşlı futbolçunun keçidi üçün Madrid klubuna 22 milyon funt-sterlinq təzminat ödəyib.

 

"Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Xames paytaxt klubunda keçirdiyi 125 oyunda 37 qol vurub, 42 məhsuldar ötürmə edib, 9 titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right