"Benfika" Kavaninin transferini tamamladı

"Benfika" PSJ ilə müqaviləsini uzatmayan Edinson Kavanini transferini tamamlayıb.

 

Newsport.az-ın məlumatına görə, Lissabon təmsilçisi azad agent statusu daşıyan uruqvaylı hücumçu ilə 3 illik razılığa gəlib. 33 yaşlı futbolçunun illik maaşı 9 milyon avro olacaq.

 

Təcrübəli futbolçu tezliklə Portuqaliyaya gəlib, yeni komandasına qoşulacaq.

 

Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada  301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right