Cüneyt Çakır "Barselona"nın oyununa təyinat aldı

Çempionlar Liqasının 1/8 finalında avqustun 8-i keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, "Barselona" - "Napoli" görüşünü Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır idarə edəcək. Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Melter yerinə yetirəcək.

"Bavariya"" - "Çelsi" matçının baş hakimi isə Rumıniya Futbol Federasiyasından Ovidiu Alin Hateqan olacaq.  Köməkçi hakimlər Oktavian Şovre, Sebastian Qeorqe, dördüncü hakim isə Sebastyan Koltesku təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right