Miroslav Stoxda koronavirus aşkarlandı

Futbol üzrə Slovakiya yığmasının və Yunanıstanın PAOK klubunun hücumçusu Miroslav Stoxda koronavirus aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
30 yaşlı futbolçudan götürülmüş koronavirus testinin nəticəsi müsbət çıxıb. Onun özünü yaxşı hiss etdiyi və virusdan tam qurtulana qədər evində qalacağı bildirilib.
 
Vaxtilə Türkiyədə “Fənərbaxça” və “Bursaspor” klublarının da uğurları üçün çalışmış Stox, PAOK-da ötən ilin yayından forma geyinir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right