"Barselona" - "Napoli" görüşü İspaniyada baş tutmaya bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək  "Barselona" - "Napoli" matçı neytral meydanda baş tuta bilər. 

Newsport.az xəbər verir ki, UEFA koronavirus infeksiyasının İspaniyada yenidən yayılması səbəbindən oyunu başqa ölkəyə təyin etməyi planlaşdırır.

Qrum rəhbərliyi Səhiyyə Departamentinə koronavirus ilə bağlı bir neçə sual ünvanlayıb. Şöbə matçdakı iştirakçıların təhlükəsizliyinin risk altına olacağını bildirsə, oyunun yeri dəyişdiriləcək. Qarşılaşmanın harda keçirilməsi ilə bağlı qərarın həftə sonuna qədər veriləcəyi bildirilir.

Qeyd edək ki, "Barselona" - "Napoli" görüşü avqustun 8-də keçiriləcək. Tərəflər arasında İtaliyadakı ilk oyun 1:1 hesabı ilə sona çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right