Qvardioladan yeni rekord

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni rekorda imza atıb.

Newsport.az "Opta Joe"yə istinadən xəbər verir ki, o, Premyer Liqanın 36-cı turunda "Bornmut"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra buna nail olub. 49 yaşlı mütəxəssis liqada ilk 150 oyunda ən çox qələbə qazanan (111 qələbə) məşqçi olub. O, bununla da Joze Mourinyo (105), Yurgen Klopp (92), Aleks Fergüsson (90) və Kenni Dalqlişi (85) geridə qoyub.

Qeyd edək ki, Qvardiolanın komandası hazırda Premyer Liqada 75 xalla 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right