Polis Ronaldonun oğlu ilə bağlı araşdırmaya başladı

Madeyra polisi “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun 10 yaşlı oğlu ilə bağlı araşdırmaya başladığı barədə məlumat yayıb.

Newsport.az-ın məlumatına görə, sosial şəbəkədə 10 yaşlı uşağın reaktiv xizək sürməsi ilə bağlı video yayılıb.

Videonun azyaşlının bibisi Elma tərəfindən çəkildiyi bildirilir. Portuqaliya mətbuatı iddia edir ki, video Madeyranın cənubunda çəkilib. Kiçik Ronaldo orda qohumları ilə istirahət edir.

Videonun yayılmasından sonra Madeyranın su polisinin rəisi Herreyro Kardos açıqlama verib. O, insidentlə bağlı araşdırma aparıldığını bildirib. Polis rəisi vurğulayıb ki, reaktiv xizəyi ancaq böyüklər idarə edə bilərlər. Üstəlik, bunu idarə etmək üçün lisenziya da alamaq vacibdir.

Onun sözlərinə görə, bu məsələdə günahkar olanlar cərimə ediləcəklər. Portuqaliya qanunlarına görə, reaktiv xizəyi lisenziyasız idarə edənlər 268 avrodan 2,6 min avroya qədər cərimə olunurlar.

Onu da qeyd edək ki, Elma sonradan videonu “instaqram”dan silib.

Polis Ronaldonun oğlu ilə bağlı araşdırmaya başladı

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right