"Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq" - "Beşiktaş"ın prezidenti

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə onlayn qoşulub.

Newsport.az-ın məlumatına görə, o, Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu proqramda maraqlı fikirlər səsləndirib.

Klub prezidenti Bakıda “qara qartallar”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb:

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var. Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər. Belə halda qiymətli olan azərbaycanlı futbolçunu “Beşiktaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right