Sanenin "Bavariya"ya keçidi rəsmiləşir

“Mançester Siti”nin futbolçusu Leroy Sane karyerasını Almaniyada davam etdirməyə yaxındır. Newsport.az “Bild”ə istinadən xəbər verir ki, “Bavariya” futbolçu üçün Premyer Liqa klubuna növbəti təklifini edib.

Bildirilir ki, Münxen təmsilçisi almaniyalı futbolçuya qarşılıq 36 milyon funt sterlinq ödəməyə hazırdır. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. “Maneçste Siti” ilə 2021-ci ilə qədər müqaviləsi olan Sane klubla sözşləmə yeniləməkdən imtina edib.

Ötən gün “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola da oyuçunun ayrılmaq istədiyini təsdiqləyib.

Xatırladaq ki,  Sane 2016-cı ildə “Şalke”dən “Mançester Siti”yə keçib. O, bu günə qədər komandanın heyətində 134 oyun keçirib və 39 qol vurub. Almaniyalı futbolçu cari mövsüm zədə səbəbindən cəmi 13 dəqiqə meydanda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right