PSJ-ni rədd etdi, “Liverpul”un ən çox qazananı olacaq

“Liverpul”un futbolçusu Vircil Van Dayk PSJ-nin təklifinə “yox” deyib.

Newsport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. PSJ-ni rədd edən 28 yaşlı müdafiəçi mövsümün sonunda “Liverpul”la yeni müqavilə imzalayacaq.

Yeni müqavilənin müddəti 5 illik olacaq və van Dayk bu vaxt ərzində 57 milyon funt-sterlinq qazanacaq. O, bununla da, “Liverpul”da ən çox qazanan futbolçu olacaq. Hazırda həftəlik 180 min məvacib alan van Dayk, yeni sözləşmə ilə 220 min funt-sterlinq qazanacaq.

Fransanın PSJ klubu Dayka həftəlik 280 min funt-sterlinq qazanacağı müqavilə təklif etmişdi.

Van Daykın “Liverpul”la müqaviləsi 2023-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right