Daha iki çempionat vaxtından əvvəl başa çatdırıldı

İngiltərədə koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış daha iki çempionatın vaxtından əvvəl başa çatdırılmasına qərar verilib.

Newsport.az xəbər verir ki, söhbət Premyer Liqa və Çempionşipdən sonra nüfuzuna görə üçüncü (League One) və dördüncü (League Two) hesab olunan ölkə çempionatlarından gedir.

Bu barədə İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytı məlumat yayıb. Xəbərdə iştirakçı klublar arasında aparılan səsvermə nəticəsində belə bir qərarın qəbul olunduğu diqqətə çatdırılıb.

Üçüncü Liqada lider “Koventri Siti” çempion elan olunub. Bu komanda ilə birgə ikinci sırada qərarlaşan “Rotherhem Yunayted” də növbəti mövsümdən Çempionşipdə oynamaq hüququ qazanıb.

“Uikomb Uonderers, “Oksford Yunayted”, “Portsmut” və “Flitvud Taun” isə Çempionşipə sonuncu vəsiqə uğrunda pley-offda mübarizə aparacaq. “Tranmere Rovers”, “Sautend Yunayted” və “Bolton” isə aşağı liqaya düşüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right