Ronaldo "Yuventus"u tərk edir

Kristiano Ronaldo "Yuventus"dan ayrıla bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalının mövsüm sonu komandasını dəyişməsi gözlənilir.

Məlumata görə, hazırda futbolçunun hansı kluba keçəcəyi dəqiq deyil. Onun daha öncə “Mançester Yunauyted”ə qayıdacağı bildirilirdi. Lakin 35 yaşlı ulduz futbolçunun karyerasını Amerikada da davam etdirmə ehtimalı var. İtaliyada yaşanan son hadisələr Ronaldonun “Yuventus”dan ayrılma ehtimalını gücləndirib.

Qeyd edək ki, portuqaliyalı 2018-ci ildə “Real”dan Turin klubuna transfer olunub. O, cari mövsüm komandanıın heyətində 32 matç keçirib və 25 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right