Rusiya klubu baş məşqçisi ilə yolları ayırdı

Rusiyanın “Orenburq” klubu baş məşqçisi Konstantin Emelyanovla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Rusiyalı mütəxəssislə başa çatan müqavilənin müddətinin uzadılmadığı bildirilib. Komandanı isə müvəqqəti olaraq İlşat Aitkulov çalışdıracaq.

Qeyd edək ki, Emelyanov ötən ilin dekabr ayından "Orenburq"u çalışdırırdı. Onun komandası Premyer Liqada 23 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right