PSJ "İnter"lə danışıqlara başladı İkardi üçün

PSJ Mauro İkardi ilə bağlı “İnter”lə danışıqlara başlayıb. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı futbolçu üçün qarşı tərəfə 50 milyon avro təklif edib.

Məlumata görə, PSJ təklif etdiyi məbləğlə yanaşı, daha 10 milyon da bonus olaraq verməyə hazırdır. Mövsümü icarə əsasında Fransada keçiriən hücumçunun gələcəyi bəlirsizdir. Onun yenidən İtaliyaya qayıtmaq istədiyi bildirilir.

Ancaq PSJ rəhbərliyi mövsüm sonu Edinson Kavaninin komandadan ayrıılma ehtimalı olduğu üçün İkardini heyətdə saxlamaq niyyətindədir.

Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm Liqa 1-də 20 oyun keçirib və 12 qol vurub.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah