Fransa klubunda yeni müqavilə

“Renn” klubu icarə əsasında komandada çıxış edən Stiven Nzonzinin müqaviləsinin müddətini uzadıb.
 
Newsport.az xəbər verir ki, Liqa 1 təmsilçisi 31 yaşlı yarımmüdafiəçinin müqaviləsində olan bir illik uzadılma şərtindən istifadə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qış transfer pəncərəsi dövründə “Renn”ə keçən Nzonzi, Liqa 1-də 7 oyunda iştirak edib.
 
Fransız yarımmüdafiəçi müqavilə ilə “Roma”ya məxsusdur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right