Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi

UEFA Çempionlar Liqası matçları ilə bağlı qərarını verib. Newsport.az  "Corriere dello Sport'"a istinadən xəbər verir ki, turnirin 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

Məlumata görə, bu mərhələnin qarşılaşmaları 11-15 avqust tarixlərində, yarımfinal görüşləri isə 18-22 avqustda olacaq. Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 1:1), "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya) (ilk oyun - 2:1), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) matçları pandemiya səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right