İngiltərə Premyer Liqası 8 iyundan tez başlamayacaq

İngilis klubları koronavirus pandemiyasına görə dayanan Premyer Liqada hazırkı mövsümü başa vurmaq niyyətindədirlər.

Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, dünən yüksək liqa klublarının və Premyer Liqa rəhbərliyinin  videokonfrans formatında görüşü keçirilib. Görüşdə liqanın 30 iyuna kimi başa vurulması ilə bağlı öncədən hazırlanan təklifə ümumiyyətlə, baxılmayıb.

Klublara yarışların iyun, iyul və avqustda bərpası ilə bağlı müxtəlif modellər təklif olunub. Amma onlar bildiriblər ki, ilk növbədə hökumət təhlükənin sovuşduğunu elan etməlidir.

Qeyd edək ki, Premyer Liqada hazırkı mövsümü başa vurmaq üçün komandaların hər birinə 9-10 matç lazımdır. Bu oyunların 5 həftə ərzində tamamlanması nəzərdə tutulur. Görüşdə razılığa gəlinib ki, İngiltərədə futbolun bərpası ilə bağlı ən uyğun tarix 8 iyundur.  Amma hələlik rəsmi hər hansı qərar verilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right