"Anriyə görə "Arsenal"a azarkeşlik edirdim" Poqba

"Mançester Yunayted"in futbolçusu Pol Poqba uşaqlıqda "Arsenal" azarkeşi olub.

Newsport.az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçi Mançester təmsilçisinin saytına açıqlamasında deyib:

"Mən dürüst olacağam. Əvvəllər mən "Arsenal" azarkeşi idim. Görünür, kluba qarşı mənim sevgim bütün fransız oyunçularına görə yarandı. Mən qardaşımla "Arsenal" azarkeşi idik, amma digər qardaşım "Mançester Yunayted"i dəstəkləyirdi. Mən Tyerri Anrini sevirdim və məhz ona görə də "Arsenal" azarkeşi idim. Sonra mənim zövqlərim dəyişdi və mən digər qardaşımla "Mançester Yunayted"ə azarkeşlik etməyə başladım".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right