"Barselona" ucuz oyunçu axtarır

"Barselona" koronavirus pandemiyasının yaratdığı maliyyə çətinliklərinə görə transfer siyasətini dəyişə bilər. Newsport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Kataloniya təmsilçisi hazırda müqaviləsi yayda başa çatan oyunçular axtarışındadır. Əgər bu alınmasa, klub sözləşməsi bir il qalan futbolçulara yönələcək. Buna səbəb isə bu cür oyunçuların qiymətinin daha ucuz olmasıdır. 

Koronavirus epidemiyasından əvvəl “Barselona” transfer dönəminə 140 milyon avro ayırmışdı. Hətta bu rəqəmin daha da arta biləcəyi qeyd edilirdi. Lakin yaşan maliyyə böhranı buna mane oldu.

 Qeyde dək ki, klub oyunçuların maaşlarının 70 faiz azaldıldığını açıqlayıb.     





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah