“Barselona”nı yeni mövsümdə o çalışdıracaq?

Kike Setyen növbəti mövsümdə də “Barselona”da qalacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə İspaniyanın “Diario Sport” saytı məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi bu mütəxəssisin xarakteri, işə yanaşması və “Barselona”nın fəlsəfəsinə yaxından bələd olmasından razıdır. Ona görə də onlar düşünür ki, 61 yaşlı mütəxəssis yeni layihələr həyata keçirməyə layiqdir.

Məlumata görə, onun rəhbərliyi altında futbolçular daha yaxşı məşq edirlər. Bundan başqa, Setyen komandaya yeni oyun üslubu aşılamağa çalışır. Bu isə klub rəhbərliyini qane edir. Bildirilir ki, artıq məşqçiyə növbəti mövsümdə də onunla çalışacağı barədə məlumat verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right