Renat Dadaşov 90 dəqiqə oynadı

Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton"un U-23 komandası İngiltərə Premyer Liqa kubokunda növbəti oyununu keçirib.

 

Newsport.az-ın məlumatına görə, "canavarlar" səfərdə “Lids”in U-23 komandası ilə 1:1 hesablı heç-heçə edib.

 

Renat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

H qrupunda yer alan və keçirdiyi 5 oyuna 9 xal toplayan “Vulverhempton” “Derbi Kaunti” ilə birgə 1-2-ci pillələri bölüşür.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah