Setyen “tələbə”sini “Barselona”ya gətirmək istəyir

“Napoli”nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçu “Barselona”nın maraq dairəsindədir.

Katalonların baş məşqçisi Kike Setyenin “Betis”də rəhbərliyi altında oynamış futbolçunu komandasında görmək istədiyi bildirilir. Kataloniya klubunun əsas hədəfinin Ruis olduğu və futbolçunu yayda heyətinə qatmaq üçün hərəkətə keçəcəyi deyilir.

İspan futbolçu 2018-ci ilin yayında “Betis”dən “Napoli”yə transfer olunmuşdu. Onun İtaliya klubu ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Futbolçunun adı keçən yay transfer dövründə “Real”la hallanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right