Hakimə zərbə vurdu, həbs olundu

Malta çempionatının ikinci divizionunda hakim fiziki təzyiqə məruz qalıb və bu səbəbdən matç yarımçıq dayandırılıb.

Newsport.az-ın məlumatına görə, hadisə “Oratoy Yus” və “Sannat Layons” komandalarının görüşündə baş verib. İkincilərin futbolçusu Antuan Kamilleri qırmızı vərəqə alıb meydanı tərk edən vaxt qərara etiraz olaraq yan xətt hakiminin üzünə iki dəfə zərbə endirib.

Videoda hakimin yerdə qaldığı görünür.

Bundan sonra futbolçu polisin müşayiət ilə paltardəyişmə otağlna gedib. Bundan sonra isə o, həbs edilərək qolu qandallı halda polis idarəsinə aparılıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right