Əmrənin "Mançester Yunayted"i rədd etməsinin maraqlı səbəbi

"Yuventus"da əsas heyətə düşməkdən çətinlik çəkən Əmrə Can "Mançester Yunayted"in transfer təklifini qəbul etməyib.

 

Newsport.az-ın məlumatına görə, Türkiyə əsilli alman futbolçu sərfəli təklif alsa da, keçmiş klubu "Liverpul"un əzəli rəqibinə keçmək istəməyib.

 

"Yuventus" 26 yaşlı yarımmüdafiəçini icarəyə verməyə də hazırdır. Əmrə Avropa çempionatından öncə daha çox oynamaq üçün təklifləri gözdən keçirir.

 

Almaniya millisinin üzvü 2014-2018-ci illərdə "Liverpul"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right